Gədəbəy sakininin gözünə bıçaq soxdular » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Gədəbəy sakininin gözünə bıçaq soxdular

Gədəbəy rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayonun Qumru kənd sakini 1989-cu il təvəllüdlü Zamiq Həsənov gözündən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə gətirilib.

Hadisə şahidlərinin sözlərinə görə, Zamiq Həsənov Gədəbəy rayonunun “Narzan” restoranında yeyib-içdikdən sonra pivə içmək üçün başqa bir kafeyə yollanıb. Mübahisə də məhz orada baş verib. Digər masada əyləşənlərlə yaşanan mübahisə zamanı hələlik şəxsiyyəti məlum olmayan şəxs bıçağı Zamiq Həsənovun gözünə soxub. Sonuncu ağır vəziyyətdə öncə Gədəbəyə, daha sonra Gəncəyə xəstəxanaya aparılıb. Onun bir gözü əməliyyat edilərək, götürülüb.

Cinayəti törədən şəxs və yanında olan iştirakçılar isə hadisə yerindən qaçıblar. Hazırda polis onların şəxsiyyətini müəyyənləşdirmək üçün əməliyyat axtarış tədbirlərini davam etdirir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 975 13.06.19 11:22