Bakının Nərimanov rayonunun Faiq Səfərov küçəsində bıçaqlanma hadisəsi olub.
Median.Az report-a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Tacəddin adlı gənc naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona sağ budunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və dərhal əməliyyata alınıb.