Median.Az xəbər verir ki, Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılıb və şəxsi axtarış zamanı ondan heroin götürülüb.
Narkotik vasitəni ona satan Yeni Suraxanı qəsəbə sakini Ə.Babayevanın evindən 500 qramdan artıq heroin, habelə tiryək, marixuana, metadon və metamfetamin aşkar edilib.
Suraxanı RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.