Median.Az xəbər verir ki, Sabunçu RPİ 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıxanov qəsəbəsindəki evdən, içərisində 3000 manat pul və 1000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.
Sabunçu RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.