Median.Az xəbər verir ki, Bakı şəhər BPİ və Xəzər RPİ 2-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-da rayon ərazisindəki evdən 200 manat və 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan P.Nadirova və F.Abdullazadə saxlanılıblar.
Xəzər RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.