Median.Az xəbər verir ki, iyunun 7-də Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini, 33 yaşlı Ədalət Əliyevin üzərində zorakılıq əlamətləri olan meyitinin “Mercedes” markalı avtomobilində tapılması barədə DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə məlumat daxil olub.
Hadisə yerinə baxış keçirilib və müvafiq zəruri tədbirlər həyata keçirilib.
Suraxanı RPİ 32-ci polis bölməsi və rayon prokurorluğu əməkdaşlarının təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Bakı şəhər sakinləri E.Cəfərzadə, A.Mustafayev və A.Ağabalayev saxlanılıblar.
Suraxanı rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.