Paytaxtın Nəsimi rayonunda döyülmə hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə “BOSS” gecə klubunda qeydə alınıb.
ABŞ vətəndaşı, 2002-ci il təvəllüdlü Vitalıyevna Laila İfrahim qızı Bülbül prospektində yerləşən gecə klubunda əylənib.
O, klubun digər müştərisi ilə mübahisə edib. Nəticədə isə döyülərək ağır xəsarət alıb.
L.Vitalıyevna özəl xəstəxanaların birinə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.