Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini E.Vəliyevi bıçaqla hədələyib, 688 manat pulunu quldurluq yolu ilə ələ keçirən İmişli rayon sakini H.Quluzadə və Bakı şəhər sakini olan yeniyetmə saxlanılıblar.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.