Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini V.Əzizovdan 415 qram marixuana aşkar edilib.
Bundan başqa, Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Muradovdan 465 qram marixuana götürülüb.
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Təzə Alvadı kənd sakini C.Şükürovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 55 ədəd çətənə
kolu aşkar edilib.
Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çayarxı kənd sakini R.Yusifovun kəndin ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 8 ədəd çətənə kolu, habelə kolların arasında gizlətdiyi 440 qram marixuana aşkar edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb.