İyunun 5-dən 6-na keçən gecə “London Taksi”də bıçaqlanma hadisəsi baş verib.
Xəzər RPİ-dən verilən məlumata görə, cinayətin qurbanı Xəzər rayon sakini 28 yaşlı Heydərov Kamran Bəhmən oğlu olub.
Yaralı 2 nömrəli Bakı Şəhər Xəstəxanasına gətirilib. Onun vəziyyəti ağır olduğuna görə dindirilməyib.
Buna baxmayaraq, Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən 31 yaşlı Bəhruz Dilavər oğlu Həsənovu saxlayıblar.
Bildirilir ki, sürücü ilə sərnişin arasında münaqişə hesabı ödəməmək istəyindən yaranıb.
Faktla bağlı araşdırma aparılır.//oxu.az