Median.Az xəbər verir ki, Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evdən 810 manat pul, 5500 manat dəyərində qızıl, geyim və məişət əşyaları oğurlayan ev sahibinin yaxın qohumu L.Seyidova saxlanılıb.
RPŞ İstintaq bölməsində faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.