Median.Az xəbər verir ki, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının iyunun 4-də keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə dəmiryolu vağzalının ərazisində, şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədovdan 2 kq. 440 qram marixuana götürülüb.
Faktla bağlı CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitəri satış məqsədi ilə külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.