Median.Az xəbər verir ki, Nizami RPİ 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini M.Əhmədzadənin 105 manatını quldurluq yolu ilə ələ keçirən Cəlilabad rayon sakini A.Kərimov və Masallı rayon sakini O.Cəfərli saxlanılıblar.
Nizami RPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.