Bakı Ağır Cinayətlər Məhkəməsinə Siyəzən rayon sakini Asim Əbdülovun (1967-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər veriri ki, bu il fevralın 11-də Siyəzən rayonunun Qarasiyəzən kəndində baş verib. Qəbiristanlıqda baş verən mübahisə zamanı Asim Əbdülov odlu silahdan rayon sakini Elşən Qədirliyə atəş açaraq, onu qəsdən həyatdan məhrum edib. Həmin gün Asim Əbdülov Siyəzən
RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Verilən məlumata görə E.Qədirli A.Əbdülovun evinə gələrək, pəncərəni gizlicə döyüb, bundan qəzəblənən ev sahibi onu qəbiristanlığa aparıb və öldürüb.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə məhkəmə baxışı iyunun 17-ə təyin edilib.