Median.Az xəbər verir ki, Xəzər RPİ 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən iyunun 1-də rayon ərazisindəki mağazadan pul və ərzaq məhsulları oğurlayan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Z.Əliyev və S.Əliyev saxlanılıblar.
Araşdırma zamanı onların, aprelin 6-dan mayın 30-dək oln müddətdə 6 evdən geyim və məişət əşyaları, habelə “VAZ-2107” markalı avtomobildən akkumulyator oğurlamaları müəyyən edilib.
Xəzər RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.