Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Ramiz Taxvelinin CM-nin 120.1-ci (qəsdən adam öldürmə) və 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirlib.
Median.Az xəbər verir ki, ötən il dekabrın 9-da Nəsimi rayonunda Adeliya Taxvelinin (1988-ci il təv.) yaşadığı mənzilin eyvanından özünü atması barədə Nəsimi RPİ 21-ci polis bölməsinə məlumat daxil olub. Bununla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat tədbirləri həyata keçirilib.
Hadisə 381-ci məhəllə, R.Behbudov küçəsi, ev 65, mənzil 51-də baş verib. Məlum olub ki, həmin ünvanda yaşayan Ramiz Taxveli həyat yoldaşı Adelyanı qəsdən binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.
R.Taxveli saxlanılıb, ona ona məxsus “Lexus” markalı avtomobildə 5,647 qram marixuana aşkar edilib. O, “Buta Palace”ın art-direktoru vəzifəsində, mərhum isə "Atəşgah Sığorta" şirkətində baş mütəxəssis vəzifəsində işləyiblər.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış iyunun 7-nə təyin edilib.