Median.Az xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il martın 31-dən mayın 21-dək olan müddətdə 3 evdən pul və qızıl əşyalar oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Səlimov saxlanılıb.
Abşeron RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.