Median.Az xəbər verir ki, Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ağabəyli kənd sakini A.Sadıqovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilib.
Bundana başqa, Siyəzən RPŞ-nin əməkdaşları məlumat əsasında Qara Siyəzən kənd sakini M.Abdullayevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu, Astara RPŞ-nin əməkdaşları isə Şahağacı kənd sakini, əvvəllər məhkum olunmuş Y.Şükürovun həyətyanı sahəsindən 13 ədəd çətənə kolu aşkar ediblər.
Faktlarla bağlı araşdırmalar aparılır.