Median.Az xəbər verir ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki evdən 250 dollar oğurlayan Masazır qəsəbə sakini H.Əliyev saxlanılıb.
Bundan başqa, Ucar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16- və 17-də rayon ərazisindəki evdən və həyətyanı sahədən 200 metr elektrik naqili və məişət əşyaları oğurlayan Qarabörk kənd sakinləri olan 2 yeniyetmə saxlanılıblar.
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 20-də rayon ərazisindəki evdən 1000 manat və 2000 rubl oğurlayan Yuxarı Seyfəli kənd sakini, əvvəllər məhkum olunmuş S.Hüseynoğlu saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.