Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Sumqayıt ŞPİ 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-də və mayın 22-də şəhər ərazisindəki 2 evdən pul və qızıl-zinət əşyaları oğurlayan Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - A.Zərbəlizadə və H.Bağırov saxlanılıblar.
Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.