Median.Az xəbər verir ki, Səbail RPİ 41-ci polis bölməsinə müraciət edən 2 xarici vətəndaş mayın 26-da Badamdar qəsəbəsində, kirayədə yaşadıqları evdən onlara məxsus 2 ədəd mobil telefonun və 2000 $ oğurlandığını bildiriblər.
Bakı şəhər Baş Polis İdarəsi (BPİ) və 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Oğuz rayon sakini Ş.Əmirova saxlanılıb.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.