Median.Az xəbər verir ki, Nizami RPİ 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 28-də Bakı şəhər sakini M.Musayevə zor tətbiq edərək, 70 manat pulunu soyğunçuluq yolu ilə ələ keçirən əvvəllər məhkum olunmuş N.Allazov saxlanılıb.
Nizami RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.