Median.Az xəbər verir ki, Binəqədi RPİ 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən gün rayon ərazisindəki evlərin birindən 200 manat pul və 200 manat dəyərində bijuteriya oğurlayan Bakı şəhər sakini Q.Qarayev saxlanılıb.
Araşdırma zamanı onun, mayın 25-də daha bir evdən bijuteriya oğurlaması məlum olub.
Faktla bağlı CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə istintaq aparılır.