Median.Az xəbər verir ki, mayın 28-i saat 21 radələrində Şəmkir şəhərində müəyyən edilməmiş avtomobillə şəhər sakini Binnət Qasımov vurulub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınmış “VAZ-2107” markalı avtomobilin sürücüsü, şəhər sakini N.Budaqov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.