Median.Az xəbər verir ki, Sabunçu RPİ 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 mağazadan pul, tütün məmulatı, mobil telefon və danışıq kartları oğurlayan Bakı şəhər sakinləri F.Dadaşov, A.İbrahimov, Ə.Daşdəmirov və H.Ağayev saxlanılıblar.
Sabunçu RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.