Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adamöldürməyə cəhddə təqsirləndirilən Fərid Musayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Median.Az ölkə.az"a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyulun 4-nə təyin edilib.
Qeyd edək ki, bu il yanvarın 30-da Şabran rayon ərazisindəki ticarət mərkəzinin qarşısında 32 yaşlı Elçin Şükürov sol bazu sümüyü və qarın boşluğuna keçən, sol böyrəyin zədələnməsi, kəsilmiş-deşilmiş yarası ilə Şabran rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Daxil olan məlumat əsasında aparılan araşdırma zamanı müəyyən edilib ki,
həmin gün axşam saat 17 radələrində rayon sakini, 22 yaşlı F.Musayev ticarət mərkəzinin qarşısında qısqanclıq zəminində aralarında yaranan mübahisə nəticəsində Elçin Şükürovu öldürmək məqsədilə bıçaqlayaraq xəsarətlər yetirib. Məlum olub ki, gənc oğlan 33 yaşlı kişini qız üstündə bıçaqlayıb.
Qeyd edək ki, 22 yaşlı Fərid Musayevə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham elan edilib.