Median.Az xəbər verir ki, Binəqədi RPİ 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da rayon ərazisində “VAZ-2104” markalı avtomobildən mobil telefon oğurlayan Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş H.Şirinov saxlanılıb.
Araşdırma zamanı onun, mayın 20-21-də daha 2 avtomobildən mobil telefon oğurlaması məlum olub.
Faktla bağlı CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.