Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 22-də şəhər sakini Ş.Sayadovaya zor tətbiq edərək, qızıl boyunbağısını soyğunçuluq yolu ilə ələ keçirən şəhər sakini E.Məmmədov saxlanılıb.
Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.