Median.Az xəbər verir ki, Səbail RPİ 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 22-də rayon ərazisindəki evdən 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Abbasova saxlanılıb.
Səbail RPİ İstintaq şöbəsi CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.