Mayın 23-dən 24-nə keçən gecə Bakının Binəqədi rayonunda müəmmalı qətl hadisəsi törədilib. Yuxuda olan kişinin boğazını kəsiblər.
Bu barədə oxu.az-a Binəqədi rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.
Cinayət qurbanı Müşfiq qəsəbə sakini, 59 yaşlı Xələfov Şamil Şəristan oğludur. Məlumata görə, kişiyə yeddi bıçaq zərbəsi endirilib. Xəsarətlərin çoxu deşici olub.
Maraqlıdır ki, cinayət törədildiyi vaxt, təxminən gecə saat 02:00 radələrində Xələfovlar ailəsinin bütün üzvləri evdə olub. Hətta böyük oğlu onunla bir otaqda yatıb. Ancaq illkin dindirilməsi zamanı gənc bərk yatdığını və atasının kim tərəfindən və necə qətlə yetirdiyini görmədiyini bildirib.
O, atasının xırıltı səslərinə oynadığını söyləyib, lakin həmin vaxt otaqda artıq heç kim olmayıb.
Hüquq-mühafizə orqanları əsas versiyalardan biri kimi qətlin tamah məqsədilə törədildiyini ehtimal edir. Ancaq Xələfovların evindən hər hansı qiymətli əşyanın yoxa çımasına dair məlumat yoxdur.
İkinci versiya qətldə ailə üzvlərinin əlinin olmasıdır. Hazırda əsas şübhəlilər məhz onunla bir evdə yaşayan ailə üzvləridir. Fakt üzrə qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq aparırılır.
* * * * *
Paytaxtın Binəqədi rayonunda ölüm hadisəsi baş verib.
Rayon ərazisində 59 yaşlı Şamil Xələfov boyun damarlarının kəsilməsi nəticəsində dünyasını dəyişib.
Səhiyyə Nazirliyindən saytımıza verilən açıqlamaya görə, təcili tibbi yardım briqadası hadisə yerinə çağrılanda artıq vətəndaş ölübmüş:
“Hadisə yerinə çağırılan təcili yardım briqadasının həkimlərinə ölüm faktını təsdiqləməkdən başqa bir şey qalmayıb”.
Ağır cinayət hadisəsinin kim tərəfindən törədildiyi məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
//oxu.az