Bakıda cibgirlik edən qadın həbs olunub.
Median.Az xəbər verir ki, bu barədə Trend-ə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədr müavini Elçin Şirinov məlumat verib.
Onun sözlərinə görə, saxlanılan qadınla Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində görüşüb:
"Məntəqədə komitə sədri Tural Hüseynov və mən həmin qadınla görüşdük. Saxlanılan şəxs, 1984-cü il təvəllüdlü Elena Lanskix cibgirlik edərkən tutulub və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs edilib. Onunla söhbət edərkən məlum oldu ki, qadın narkotik istifadəçisidir və artıq aludəçidir. Görüş zamanı onun saxlanma şəraiti və səhhəti ilə maraqlandıq, ona təzyiq olunub-olunmadığını soruşduq. Saxlanma şəraitindən narazılıq etmədi".