Median.Az xəbər verir ki, Şabran RPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında Mollakamallı kənd sakini L.Atakişiyevə məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş 32 ədəd çətənə kolu aşkar ediblər.
Bundan başqa, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən Düzdağ kəndinin ərazisində, rayon sakini E.Uğuruyevin kultivasiya yolu ilə yetişdirdiyi 19 ədəd çətənə kolu aşkar edilib.
Sabunçu RPİ 42-ci polis bölməsinin əməkdaşları Nardaran qəsəbə sakini İ.İsmayıl oğluna məxsus həyətyanı sahədəki istixanada kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu aşkar ediblər.
Faktlarla bağlı araşdırma aparılır.