Bakının Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Median.Az report-a istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Həmidli Azad Alim oğlu Moskva Univermağının yanında naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə gətirilib. Ona qarın divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyat olunub.