Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Median.Az Trend-ə istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 16 il azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası iyunun 7-nə təyin edilib.
İttihama görə, ötən il noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev paytaxtın Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, R.Musayevin həyat yoldaşı V.Orucova saxlanılıb.