Bakının "Sədərək" ticarət mərkəzində quldurluq hadisəsi baş verib. Naməlum şəxs sahibkarlardan birinin əlindən içində iri məbləğdə pulların olduğu sellofan torbanı qopararaq, ərazidən qaçıb.
Median.Az xəbər verir ki. bu barədə Oxu.az-a Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.
10-cu polis bölməsinə 62 yaşlı Masallı rayon sakini Nadir İsrafilov müraciət edib. O, mayın 20-də, 16:30 radələrində cinayətkarın onun əlindən içində 7,700 dollar və 34,581 manat məbləğində pul olan torbanı oğurlayaraq cinayət yerindən uzaqlaşdığını bildirib.
Quldurluq əməlini törədən şəxs qaçan yerdə TM-nin müşahidə kameralarına düşüb. Hüquq-mühafizə orqanı əməkdaşları, vətəndaşların kadrlarda göstərilən cinayətkarın kimliyini müəyyən etməkdə yardım göstərməsini xahiş edir.
Bu şəxsi tanıyanların (+99455) 617 2303, (055) 626 74 94, (055) 768 41 23 və ya (+99412) 445 22 22 və ya "102" nömrələrinə zəng etməsi xahiş olunur.