Bakı Ağır Cinayətlər Məhkəməsində Quba rayon sakini Fazil Həsənovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ötən il oktyabrın 20-də Nərimanov rayonunda kirayəşin yaşadığları mənzildə Fazil Hüseynov həyat yoldaşı Xoşqədəm Hüseynovanı bıçaq zərbələri ilə qətıə yetirib. Hadisə 11 yaşlı oğlunun gözü qarşısında baş verib. Cinayəti törədəndən sonra Hüseynov Quba rayonun Ərməkiqışlaq kəndinə gedərək, övladını atasıgilə təhvil verib və könüllü polisə təslim olub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.