Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Bəxtiyar Həmzəliyevin CM-nin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ötən il martın 19-da Maştağa qəsəbəsində, qəsəbə sakini B.Həmzəliyev idarə etdiyi “İsuzu” markalı xətt avtobusu ilə həmyerlisi Mehriban Ağaverdiyevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb. Sürücü Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum olunub, o iclas zalında həbs edilib.