Median.Az xəbər verir ki, bu il fevralın 2-də Bakı şəhər sakini Abil İsmayılovun Lerik rayonunun Tatonu kəndində, qohumlarının evindən çıxaraq itkin düşməsi barədə Lerik RPŞ-nə müraciət daxil olub
Bununla əlaqədar əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Mayın 19-da A.İsmayılovun çürüməyə məruz qalmış meyiti Mistan kəndi ərazisində tapılıb, əraziyə baxış keçirilərkən onun yaxınlığında, torbanın içərisində 4 kq. yaxın tiryək,
5,2 kq-dan artıq heroin və 1000 ədəd metadon həbi aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.