Median.Az xəbər verir ki, Sabunçu RPİ 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il iyunun 9-da rayon ərazisindəki evdən 1070 manat oğurlayan Bakı şəhər sakini C.Səmədov saxlanılıb.
Bundan başqa, Xəzər RPİ 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-də Buzovna qəsəbəsi ərazisindəki evdən 2 ədəd televizor oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Şükürov saxlanılıb. Onunla cinayətdə iştirak edən
1 nəfərin şəxsiyyəti müəyyən edilib.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.