Median.Az xəbər verir ki, Binəqədi RPİ 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-dən mayın 15-dək olan müddətdə rayon ərazisində 2 avtomobildən monitor və akkumulyator oğurlayan Bakı şəhər sakini M.Hüseynov saxlanılıb.
Araşdırma zamanı, onun mayın 18-də Sulutəpə qəsəbəsində “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlaması məlum olub.
Bundan başqa, Xəzər RPİ 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-nə keçən gecə Binə qəsəbəsində “VAZ-21011” markalı avtomobildən 500 manat və yaddaş kartı oğurlayan paytaxt sakini T.Babayev saxlanılıb.
Faktla bağlı cinayət işləri başlanılıb.