Qəbələdə qətl törədilib.
Median.Az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mirzəbəyli kəndində qeydə alınıb.
Kənd sakini, 1986-cı il təvəllüdlü Cəsarət Ağalar oğlu İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 1986-cı il təvəllüdlü Ülviyyə Rasim qızı İbrahimovanın bıçaqla boğazını kəsib. Nəticədə çoxlu qan itirən qadın hadisə yerində ölüb.
Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.