Median.Az xəbər verir ki, Gəncə ŞBPİ və Nizami RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, mayın 14-də lotoreya bileti satan şəhər sakini N.Allahverdiyevə zor tətbiq edib ondan 47 ədəd lotoreya biletini soyğunçuluq yolu ilə ələ keçirən Gəncə şəhər sakini Z.Nuriyev saxlanılıb.
Gəncə ŞBPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.