Median.Az xəbər verir ki, mayın 16-da Amsar kənd sakini A.Sərdarov Quba RPŞ-nə müraciət edərək, ayın 9-da kənd ərazisində yerləşən kafedə naməlum şəxsin ona zor tətbiq edərək 1000 manat pulunu almasını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Ağaməmmədov saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.