Median.Az xəbər verir ki, mayın 16-da Sabunçu rayonu Y.Əliyev küçəsində, şəxsiyyəti müəyyən olmayan 2 nəfər 105 saylı xətt avtobusundan soyğunçuluq yolu ilə 80 manat pul aparıblar.
Sabunçu RPİ 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Ə.Çələbiyev və əvvəllər məhkum olunmuş R.Quliyev saxlanılıblar.
Sabunçu RPİ İstintaq şöbəsində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.