Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 18-19-da rayon ərazisində 2 avtomobildən monitor, eynək və videoqeydiyyat qurğusu oğurlayan Lənkəran rayon sakini M.Canızadə saxlanılıb.
Bundan başqa, Xətai RPİ 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri istintaq-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 16-da rayon ərazisində 2 avtomobildən pul, sənəd, geyim və məişət əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Bağırov saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.