Median.Az xəbər verir ki, Gədəbəy RPŞ-nə müraciət edən rayon sakini R.Həsənov, mayın 7-də şəhərin " 20 yanvar" küçəsindəki aptekindən 3080 manat pul oğurlandığını bildirib.
Araşdırma aparan polis əməkdaşları bu cinayəti törədənlərin Gəncə şəhəri ərazisində olduqlarını müəyyən ediblər.
RPŞ və Gəncə ŞBPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Vadim Səlimov, Rövşən Alıyev və qardaşı Rəvşin saxlanılıblar. Onlardan 2 ədəd maska, 2 ədəd əlcək, 2 ədəd bıçaq , 1 ədəd alışqan tapança və kəsici alət götürülüb.
RPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.