Median.Az xəbər verir ki, Bakı şəhər sakini T.Ələsgərov 2018-ci ilin dekabr ayından bu il mayın 14-dək olan müddətdə, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Azərbaycan məişət malları” ASC-nin həyətində icarə əsasında işlətdiyi metaləritmə sexindən 31 ton əlvan metal qırıntılarının oğurlanması ilə bağlı Sumqayıt ŞPİ 2-ci polis bölməsinə müraciət edib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri A.Kərimov və R.Əzizovu saxlanılıblar. Araşdırma zamanı, onların əlvan metal qırıntılarını bir neçə şəhər sakininə satmaları məlum olub.
Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğulruq, qabaqcadan əlbir olan bir qrup şəxs tərərfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.