Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il yanvarın 23-də paytaxt sakini K.Məmmədovanın avtomobilindən, içərisində mobil telefon və kosmetik əşyalar olan çantasını oğurlayan Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş S.Həsənzadə saxlanılıb.
Bundan başqa, Binəqədi RPİ 5-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də “Mercedes” markalı avtomobildən mobil telefon oğurlayan Bakı şəhər sakini S.Sadıqov saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.