Median.Az xəbər verir ki, İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri R.Süleymanlının və S.Mahmudlunun Ağbulaq kəndi ərazisində kultivasiya yolu ilə yetişdirdikdləri 327 ədəd çətənə kolu aşkar edilib.
R.Süleymanovdan əlavə olaraq 12 qrama yaxın marixuana götürülüb.
Bundan başqa, Hacıqabul RPŞ əməkdaşlarının əməliyyat tədbiri nəticəsində Axtaçı-Şirvan kənd sakini Y.Qafarovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 37 ədəd çətənə kolu aşkar edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb.