Median.Az xəbər verir ki, Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları tərəfindən paytaxt sakini N.Mustafazadə saxlanılıb.
Araşdırma zamanı, onun rayon ərazisindəki 5 evdən pul və qızıl-zinət əşyaları oğurlaması məlum olub.
Bundan başqa, 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 9-da rayon ərazisindəki evlərin birindən
3 ədəd telvizor oğurlayan Bakı şəhər sakini Y.Mirzəyev və Füzuli rayon sakini olan yeniyetmə saxlanılıblar.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.